Respublika Fənn Olimpiadaları

Yanvarın 18 -də məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 22 yanvar tarixində olimpiadada iştirak edəcək şagirdlərlə görüş keçirilib.Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağamalıyeva Səidə , məktəbin Kiçik Akademiyasının rəhbəri Hüseynova Ülkər çıxış edərək olimpiadanın şagirdlərin məntiqi -təfəkkür qabiliyyətinin inkişafında əhəmiyyəti, olimpiadada suallara düzgün yanaşma qaydaları ,ötən il olimpiadanın rayon-şəhər mərhələsində ayrı -ayrı fənlər üzrə keçid balları barədə şagirdləri məlumatlandırıblar. Tədbirdə məktəbin ötən il olimpiada mükafatçısı olan şagirdləri çıxış edərək zirvəyə gedən yolun çətinliyi, məsuliyyəti və uğurun gərgin əmək sayəsində əldə olunmasının mümkünlüyünü vurğulamışlar. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi