Məktəbin fəxrləriMəktəbimizin növbəti uğuru! Daim adımızı yüksəlklərə ucaldan şagirdlərimiz bu dəfə də yüksək bal toplayaraq bizləri, 115 ailəsini sevindirdi. Bütün şagird və kollektivimizi bu münasibətlə təbrik edirik.
Hər birinizə qədəm qoyacağınız yeni həyatda müvəffəqiyyətlər arzu edirik.
1.Nuriyeva Nəzirə Rövşən -666 bal
2.Quliyev Əsgər Aqşin - 626 bal
3.Məhcanova Günel Faiq - 615,1 bal
4.Abdullayev Məhəmməd Abdul - 615 bal
5.Mahmudlu Fidan Elxan - 615 bal
6.Sarıyeva Nuray Samir - 608 bal
7.Əliyev Əbülfəz Fuad - 604,2 bal
8.Rzazadə Miryusif Tərlan - 604 bal
Bürünc medalla təltif olunmuş şagirdimizMəktəbimizin fəxri Məhəmməd Abdullayev Abdul oğlu Respublika fənn Olimpiadasında 3-cü yerə çıxaraq bürünc medalla təltif olunmuş, tam orta təhsil haqqında xüsusi nümunəvi attestata və eləcə də gümüş medala sahiblənərək məktəbimizin məzunu oldu. Səni təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimiİyulun 17-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Məktəbimizin məzunu Abdullayev Məhəmməd Abdul oğlu gümüş medalla təltif olundu.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Şagirdlərimizin olimpiada nailiyyətlərinin tarixindən danışan Emin Əmrullayev digər ölkələrdə innovativ sahələr üzrə keçirilən yarışların ölkəmizdə də təşkilinin vacibliyinə toxunub.
Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
#TəhsilNazirliyi #EduAz #TəhsilNaziri #EminƏmrullayev #Olimpiada