Nailiyyətlərimiz

Şəhid Qasımov Eltun Vüqar oğlunun qəbri ziyarət edildiQasımov Eltun Vüqar oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə A. Məmmədov adına 115 nömrəli tam orta məktəbin ibtidai sinfində təhsil almışdır. VI sinifdən sonra təhsilini 250nömrəli məktəbdə davam etmişdir. Nümunəvi şagird və dərs əlaçısı olmuşdur. Vətənin dar günündə könüllü olaraq II Qarabağ döyüşündə iştirak etmişdir. Füzuli və Hadrutun azad olunmasında rəşadətlə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi şücaətlərinə görə ölümündən sonra medallarla təltif olunmuşdur. Məktəbin müəllimi Haqverdiyeva Yaqut 1d sinif şagirdləri ilə Qasımov Eltun Vüqar oğlunu həm doğum günü (18.10.1994.) həm də anım günü (18.10.2020) münasibətilə qəbrini ziyarət etdilər. Allah rəhmət etsin.

18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası GünüdürMəktəbin tarix müəllimi Ağayeva Yaqutun rəhbərliyi və 5a sinif şagirdlərinin iştirakı ilə məktəbin kitabxanasında "18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günüdür" adlı dəyirmi masa keçirildi.

Paralimpiya Çempionu Dürsədəf Kərimovanın məktəblilər ilə görüşü keçirildiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri Ictimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz" layihəsi çərçivəsində 15 oktyabr 2021-ci il tarixində Binəqədi rayonu 115 №-li tam orta məktəbdə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində “Cüdo” idman növü üzrə Tokio-2020 Paralimpiya Çempionu Dürsədəf Kərimovanın məktəblilər ilə görüşü keçirilmişdir. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Cüdo” idman növü üzrə Tokio-2020 Paralimpiya Çempionu Dürsədəf Kərimova, 115 №-li tam orta məktəbin direktoru Natəvan Əsədova və məktəbdə oxuduğu müddətdə Dürsədəf Kərimovanın sinif rəhbəri olmuş Rübabə Dəmirçiyeva iştirak etdi. “Cüdo” idman növü üzrə Tokio-2020 Paralimpiya Çempionu Dürsədəf Kərimovanın ümumi idman nailiyyətlərindən söz etdi. Sonra isə 115 №-li tam orta məktəbin direktoru Natəvan Əsədova tədbirin mahiyyəti barəsində çıxış etdi. Sinif rəhbəri Rübabə Dəmirçiyeva isə Dürsədəf Kərimovanın məktəb illərindən məlumatlar verdi və o vaxtlardan idmana olan marağını xüsusilə vurğuladı. Yekun olaraq söz Dürsədəf Kərimovaya verildi. İştirakçıları salamladıqdan sonra idman kariyerasını, məktəb illəri haqqında təsüratlarını məktəblilər ilə bölüşdü və şagirdlərin suallarını cavablandırdı.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Elçin Rzazadə Cavanşir

Zivər Hüseynova Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi