Tərəqqi MedalıMəktəbin ingilis dili müəllimi Heydərova İlahə Xanhəsən qızı 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tərəqqi Medalı ilə təltif edilib.
"Müzəffər ordumuzun zəfər yürüşü" adlı şeir müsabiqəsiMəktəbin 7 "A" sinif şagirdi Aqamədova Zeynəb Tərlan qızı və 5 "B" sinif şagirdi Ağamədova Əsma Tərlan qızı Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 Sentyabr Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş rayon məktəbləri arasında keçirilmiş "Müzəffər ordumuzun zəfər yürüşü" adlı şeir müsabiqəsində fərqləndiklərinə görə Fəxri Fərmanla təltif olunublar.
Uğurlarımız davam edir!2020 - 2021 - ci tədris ilində məktəbdən məzun olmuş "11 "A" sinfinin 31 şagirdindən hamısı ali məktəbə qəbul olmuşdur. Onlardan 30 - u 1 - ci mərhələdə, 1 nəfər isə 2 - ci mərhələdə tələbə adı qazanmışdır