İdman sağlamlıqdırMəktəbimizin 5 "C" sinif şagirdi Şahverdiyev Ayxan 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş " Cüdo üzrə açıq birincilik " yarışında I yerə layiq görülmüşdür. Şagirdimizə uğurlar arzu edirik!
Təbriklər597 balla müəllimlik ixtisasını seçdiyinə görə Qurbanlı Ülviyyə Xıdır qızı BŞTİ tərəfindən diplom və hədiyyə ilə təltif olundu.
“ Yandı bağrım hicr ilə ”Məhəmməd Füzulinin anadan olmasının 525-ci ildönümü ilə əlaqədar olaraq ADMİU-nin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. “ Yandı bağrım hicr ilə ” başlığı altında keçirilən ən yaxşı rəsm müsabiqəsində KA-ın rəsm kafedrasının üzvü Quliyev İbrahim I yerə layiq görülüb.Bu,İbrahimin sənət dünyasında növbəti uğurudur.İnanırıq ki,məktəbimizin fəxri olan İbrahimin rəsm əsərləri ona daha böyük uğurlar gətirəcək.