"Tağıyev -Çar"

Ümumi təhsil müəssisələrində "Valideyn-müəllim-şagird üçbucağı" sosial media layihəsi çərçivəsində 7 c sinif rəhbəri Quliyeva Şahnaz şagirdlərinin valideynləri ilə birlikdə Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Tağıyev Çar” filminin nümayişinə getmişdirlər. XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrlar şagirdlərin böyük marağına səbəb olub.
Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır.
#valideynmüəllimşagirdüçbucağı#
#məktəb112