Nailiyyətlərimiz

6cı sinif şagirdi məntiq olimpiadasında gümüş medala layiq görüldüDekabrın 6-sı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində reallaşdırılmış olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədilə təşkil olunmuş Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mətəbimizin 6A sinif şagirdi Qurbanov Fuad Polad oğlu gümüş medala laiq görülmüşdür.Fuada daha böyük uğurlar arzulayırıq!

Balca fəxrimiz29 Noyabrda  Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi tərəfindən yol təhlükəsizliyi mövzusunda Bakı məktəbliləri arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə iştirak edən uşaqlar şəkil,plakat,video,şüar və kreativ işlər  nominasiyaları üzrə işlər təqdim ediblər. Bu tədbirdə məktəbimizin  5”B” sinif şagirdi Məmmədov Emil kreativ işlər nominasiyası  üzrə təşkil olunan müsabiqədə fəal iştirakına görə Diplom ilə təltif olundu. Bu müsabiqənin məqsədi yaradıcı yeniyetmələrin üzə çıxarılmasından ibarət idi. Şagirdimizə gələcəkdə daha böyük nailiyyətlər arzu edirik.

Növbəti uğurMəktəbimizin 10 "b" sinif şagirdi Zöhrabova Aynur Cüdo üzrə Gənclər arasında Bakı Şəhər açıq Birinciliyində birinci yerə layiq görülmüşdür.

HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 111 nömrəli tam orta məktəbin binası 1966-cı ildə inşa edilmişdir. Hal-hazırda məktəb məktəbin məzunu, şəhid Rövşən Nəsirovun adını daşıyır. 2008-ci ildə 10 sinif otağından ibarət yeni tədris korpusu inşa edilmişdi...

BİZİM FƏXRLƏRİMİZ

Ülviyyə Əliyeva Əbülfət

Ayla Abdulova Azad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi