Nailiyyətlərimiz

Növbəti uğur.Məktəbin 3a sinif şagirdi Humay Orucova Bədii Gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi uğrunda qrup hərəkətləri üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən II yerə layiq görülmüşdür.

Növbəti uğur.İstedadlı uşaqları aşkar etmək, onların potensiallarını inkişaf etdirmək, fənlərin öyrənilməsində həmin şagirdlərə şərait yaratmaq üçün keçirilən müsabiqələr şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasında əvəzsiz rola malikdir. Bu yolla da istedadlı şagirdlərimiz müəyyən edilir, Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilən fənn musabiqəsinin mükafatlandırma mərasimi 01 noyabr 2018-ci il tarixdə keçirildi.Məktəbimizin VII sinif şagirdi Qurbanov Fuad Polad oğlu kimya fənni üzrə III yerə layiq görüldüyü üçün bürünc medalla,kimya müəllimi Qurbanova Nətavan Cəbrayıl qızı Fəxri fərmanla mükafatlandırıldılar.Onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq.

2017-ci ilin məzunu qızıl medala layiq görüldü2017-ci ilin məzunu Hüseynova İlhamə Ramil qızı Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görüldü.

HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 111 nömrəli tam orta məktəbin binası 1966-cı ildə inşa edilmişdir. Hal-hazırda məktəb məktəbin məzunu, şəhid Rövşən Nəsirovun adını daşıyır. 2008-ci ildə 10 sinif otağından ibarət yeni tədris korpusu inşa edilmişdi...

BİZİM FƏXRLƏRİMİZ

İlhamə Hüseynova Ramil

Murad Mahmudov Cabbar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi