Məktəbin VI "ç" sinfinin şagirdlərinin özfəaliyyət rəqs qrupu Bolqarıstan səfirliyinin dəvəti ilə ADA Universitetində təşkil edilmiş dünya xalqlarının musiqi festivalında iştirak etdi.

  Bu gün məktəbin VI "ç" sinfinin şagirdlərinin özfəaliyyət rəqs qrupu Bolqarıstan səfirliyinin dəvəti ilə ADA Universitetində təşkil edilmiş dünya xalqlarının musiqi festivalında iştirak etdi.Bolqarıstanın xalq rəqsi olan"Xoro" rəqsinin şagirdlərimizin ifasında təqdimatı zalı coşdurdu.Rəqsin təqdimatı bütün qonaqlarda xoş əhvali-ruhiyyə yaratdı.Bu təqdimat 2019-cu ildən OCEP layihəsi çərçivəsində Olimpiya Mədəniyyəti və Təhsil Proqramının icrasında səmərəli fəaliyyət və Olimpiya hərəkatının təbligində Bolqarıstan Respublikasını təmsil etməyimizin bir nümunəsi oldu.Uşaqların çıxışına valeh olan Bolqarıstanın Azərbaycandakı səfiri Rouslan Stoyanov Ambassadorun imzası və Səfirliyin möhürü ilə iştirakçıların hər birinə və məktəbimizə Sertifikat verildi.

Sonda səfir və xanımı ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi