"Müəllimlərin etik davranış Qaydaları"ı ilə tanış olmaq məqsədi ilə təhsilverənlər ilə görüş keçirildi.

   04 iyun 2024-cü il tarixdə məktəbdə çalışan təhsil işçiləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il KQ-07 nömrəli qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilmiş, "Müəllimlərin etik davranış Qaydaları"ı ilə tanış olmaq məqsədi ilə təhsilverənlər ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru J.Hacıyeva iştirakçıları təhsilverənlərin etik davranış qaydalarının ayrı-ayrı müddəaları ilə tanış etdi. Bildirdi ki, bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar,sağlam emosional və psixoloji mühitin təmin edilməsinə ,vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadın artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssilərinin fəaliyyətinə səmərəliliyin və şəffaflıgın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi