"Məhəmməd Füzulinin həyat və yaradıcılığı" adlı bədii qiraət saatı keçirildi.

   24.04.2024-cü il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şirin Bayraməliyeva 7b sinif şagirdləri ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə kitabxanada "Məhəmməd Füzulinin həyat və yaradıcılığı" adlı bədii qiraət saatı keçirdi.

Şirin müəllim M.Füzulinin həyat və yaradıcılığı ilə bağlı şagirdlərə maraqlı məlumatlar verdi. Şagirdlərin hazırladığı təqdimatlar dinlənildi.

Əlihüseynov Uğur, Hacıbalayeva Nəsibə, Məhəmmədzadə Rüqəyyə Füzulinin qəzəllərindən parçalar söylədilər.

Şagirdlər kitabxanadan xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi