Şagirdimiz “Sabahın alimləri” X Respublika Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmışdır

2021-ci ilin fevral ayında IX-XI sinif şagirdləri üçün “Sabahın alimləri” X Respublika Müsabiqəsinin keçirilmişdir.

2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilməyə başlanan müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. R.Nəsirov adına 111 saylı tam orta məktəbin XI sinif şagirdi Nəzrin Hüseynova müsabiqəyə “Kordinatlar metodu ilə həndəsi teoremlərin fərqli isbatı” təqdimatı ilə qatılaraq final turuna vəsiqə almış,eyni zamanda Sertifikatla təltif olunmuşdur. Nəzrinin tədimatı layihə rəhbərlərinin marağına səbəb olaraq gənclər arasında nümayiş etdirilmişdir.

Nəzrini təbrik edir ona həyat yollarında daha böyük uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi