Xocalı faciəsi-Əsrin soyqırımı.

Bakı şəhəri üzrə Təhsil idarəsinin 15.02.2016-cı il tarixli 78№-li əmrini rəhbər tutaraq 15 fevraldan 26 fevraladək olan tarixdə S.Məmmədov adına 110№-li tam orta məktəbdə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar olaraq bir sıra silsilə tədbirlər görülmüşdür.15 fevraldan etibarən məktəbin foyesində şagirdlərin Xocalı faciəsini əks etdirən rəsm sərgiləri nümayiş etdirildi.Eyni zamanda soyqırımı əks etdirən divar qəzetləri foto-guşələr hazırlandı .21 fevral tarixində məktəbin yuxarı sinif şagirdləri ilə birgə Xocalı abidəsinə ziyarət təşkil olunmuşdur.Tədbir öncəsi şagirdlərin iştirakı ilə “Xocalı” filminə baxış təşkil olunub.Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbirlər planının yekunu olaraq V-XI sinif şagirdlərinin və müəllimlərinin iştirakı ilə 26 fevralda “Layla,Xocalım layla” adlı tədbir təşkil olundu.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini H.Sərvinaz açaraq XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı və onun ağır nəticələri haqqında tədbir iştirakçılarına məlumat verdi.Daha sonra isə Xb sinfinin rəhbəri, əslən Ağdam rayonundan məcburi köçkün düşmüş Şükürova Zoya müəllimin ssenarisi əsasında hazırladıqları “Yarımçıq qalmış dərs” adlı səhnəciyinə tamaşa edildi.Tədbir şagirdlərin Xocalıya aid söylədikləri şeirlər və hazırlanmış videoroliklərlə devam etdi.Sonda isə tezliklə Ali baş komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın geri alınacağı günün uzaqda olmadığı nəzərə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi