Aprel şəhidləri

Məktəbimizin akt zalında “Aprel şəhidlərinə” aid tədbir keçirildi. Tədbiri Ülkər müəllim və rəhbərlik  etdiyi VI “a” sinif şagirdləri hazırlamışdır. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimizə aid şeir və mahnı səsləndirildi. Aprel şəhidləri arasında məktəbimizin məzun şəhidi Təbriz Həsənovda vardı. Tədbirdə şəhidimizin qardaşı Rəvan Həsənov və yaxınlarıda iştirak edirdi. Məzun şəhidimiz  Təbriz Həsənova  həsr edilmiş videoçarx nümayiş edildi. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ayşən Məmmədrzayeva çıxış etdi və bu tədbirdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi