Muzeyə ekskursiya

Bu həftə 6 “b” sinfinin şagirdləri Bakı şəhərinə ekskursiya təşkil etdilər. Onlar Şirvanşahlar sarayına gəldilər. Sarayda ekspanatlara tamaşa etdilər. Tarix müəllimi Orucova Vüsalə müəllim sarayın tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd etdi. Şagirdlər kitablarda oxuduqları Şirvanşahlar sarayını gördükləri üçün cox sevindilər. Şagirdlər muzeydə gördükləri Şirvanşahlar dövrünə aid qədim xalçalara, silahlara, milli geyimlərə xüsusi heyranlıqla baxırdılar. 6 “b” sinfinin rəhbəri Şükürova Zoya tarixi məkanlara ekskursiya etməyin vacibliyini vurğuladı. Sonra dənizkənarı parkda gəzən şagirdlər günün onlarda xoş təəssürat yaratdığını dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi