31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü

    6b sinfində “31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü” münasibəti ilə sinif saatı keçirildi. Dövlət himni səsləndikdən sonra sinif rəhbəri Şükürova Zoya bu günün dünyada yaşayan azərbaycanlılar üçün əhəmiyyətini qeyd etdi. Şagirdlər Həmrəylik günün yaranma tarixindən danışdılar. Sonra “Azərbaycan”mahnısını ifa etdilər. Vətən haqqında şerlər, bayatılar söylədilər. Məktəbin direktor müavini Hüseynova Sərvinaz tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdi. 6bsinfinin bütün tədbirlərdə olduğu kimi bu gün də seçildiklərini və yüksək səviyyədə hazırlaşdıqlarını bildirdi. O, həm Dünya Azərbaycanlıların həmrəylik günü və qarşıdan gələn Yeni il münasibəti ilə həm müəllimləri, həm də şagirdləri təbrik etdi.Tədbir “Yallı”rəqsi ilə başa çatdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi