Təzə ili belə qarşıladıq

    Bütün bayramlar kimi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı məktəbimizdə xüsusi şəkildə qeyd olundu. Tədbirlər planına əsasən Dekabırın son ongünlüyü hər iki bayramın keçirilməsinə həsr olunmuşdur. Şagirdlərimiz Dünya Azərbaycanlılarının Həmrəylik gününə aid müxtəlif məzmunlu divar qəzetləri hazırlayıb, bütün sinif təşkilatı saatları məhz bu tədbirin keçirilməsinə yönəldilmişdir.

     Məktəbin foyesində yeni ilin rəmzi sayılan yolka bəzədilmişdir. 28 dekabr tarixində isə görülmüş tədbirlərin yekunu olaraq məktəbin akt zalında şagirdlərlə müəllim kollektivinin iştirakı ilə böyük şənlik təşkil edildi. Şagirdlər şeir dedilər və səhnəciklər göstərdilər.Tədbirin sonunda şagirdlər birlikdə rəqs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi