İlk dərslər 20 Yanvara həsr olundu

1990-cı ilin yanvar hadisəsi nə qədər faciəli olsada  Azərbaycan xalqının iradəsini qıra bilmədi. Həmin qanlı gecədə həlak  olan vətən övladları  Azərbaycanın tarixinə parlaq səhifə yazdı, xalqın müstəqilliyi üçün yol açdılar.

Hər il yanvarın 20-də minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirəsini yad edir. Məktəbimizdə də bu məqsədlə ibtidai sinif müəllimləri şagirdlərə geniş məlumat verdilər və proyektorlar vasitəsilə video çarxlar nümayiş olundu.

Nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi