“Konstitusiya və suverenlik ili”

Məktəbimizdə “Konstitusiya və suverenlik ili” çərçivəsində müstəqilliyimizin 107-ci ilinə həsr olunmuş əbədi-bədii tədbir keçirildi. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Şəhid ailələri, Nazim Babaşov adına 14 nömrəli Peşə məktəbinin müəllimi Nail Bayramov, məktəbimizin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə müstəqillik gününə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, səhnəciklər göstərildi.

Tədbirdə YAP-ın təşkilat sədri Qafar Əliyev çıxış edərək Kanstitusiya və Suverenlik ilinin  təsis edilməsinin tarixindən danışdı. Şagirdlərə Şəhid ailələrinə diqqət göstərməyin, hörmət və ehtiramın hər zaman vacib olduğunu tövsiyə etdi.

Şəhid Seyfulla Məmmədovun xanımı Nərgiz Məmmədova çıxış edərək  tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi, təşkilatçılara və tədbirdə iştirak edən şagirdlərə təşəkkürünü bildirdi.

Sonda məktəbin direktoru Sərvinaz Hüseynova çıxış edərək Konstitusiya və Müstəqillik gününün tarixi əhəmiyyətindən danışdı. Vətənimizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş vətən oğullarının bizlərə əmanəti olan Şəhid ailələrinin bizim üçün hər zaman dəyərli olduğunu vurğuladı. Sonra isə tədbirin təşkilatçılarına gələn qonaqlara öz təşəkkürünü bildirdi.

Daha sonra isə YAP – ın Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Şəhid ailələri, Nazim Babaşov adına 14 nömrəli Peşə məktəbinin müəllimi Nail Bayramovun iştirakı ilə Müstəqilliyin 107-ci illiyinə həsr olunmuş VII siniflər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi