Bahar bayramı

  Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. O, yazın gəlişini və 20-21 mart astronomik yeni ilin başlanmasını bildirir.                                 Bayram bir neçə gün davam edir, lakin onun üçün hazırlıq  qışın son  ayından  başlayır. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə illə, qışla vidalaşaraq,  təbiətin oyanışını bildirən bu bayramı qarşılamağa hazırlaşırlar. Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Ay ərzində hər həftənin çərşənbə axşamı günü su, od, yel və torpaq - 4 ünsürə aid çərşənbə qeyd edilir. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər, oyunlar mövcuddur. Ən mühüm və əhəmiyyətli  "axır çərşənbə" hesab edilir.                                                                                  

   Məktəbimizdədə axırçərşənbə təntənəli şəkildə qeyd olundu. Bayram adət-ənənələrinə uyğun olaraq oyunlar keçirildi, yumurtalar boyanıldı, şagirdlər hazırladıqları şeir və rəqsləri təqdim etdilər. Məktəb həyətində tonqal quruldu və kollektiv ilə birlikdə tonqal ətrafında yallı oynanıldı. Novruz şənliklərinin əsas personajları Kosa və Keçəlin oyunbazlığı bayramı xüsusi gözəlləşdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi