“İdman həftəsi”

“İdman həftəsi”nin birinci günündə proqrama uyğun olaraq şagirdlər səhər gimnastikasına cəlb olundu.
Şagirdlərə ayrı-ayrı siniflər üzərində “8 Mart Bədən Tərbiyəsi və İdman günü”nün təsis olunmasının tarixi və əhəmiyyəti, olimpia oyunlarının mahiyyəti, keçirilməsi qaydaları fəlsəfəsi haqqında verildi. “Yarış hazırlığının psixoloji əsasları” mövzusunda söhbətlər aparıldı.
İkinci gün şagirdlərə Azərbaycanın tanınmış idmançıları və idman xadimləri haqqında məlumat verildi. İdman viktorinaları təşkil olundu. Olimpia oyunlarının tarixi mövzusunda şagirdlərin bilikləri araşdırıldı.
İdman həftəsinin III günündə sağlam qidalanma mövzusunda şagirdlərə marifləndirici söhbət aparıld. Ən sürətli şagird adı altında qaçış yarışları təşkil olundu. 30 metir məsafəyə qaçış VII siniflər arasında keçirildi. Qalib komanda VII “a” sinfi oldu.
İdman həftəsinin dördüncü günündə siniflər arasında Şən startlar və estafetlər keçirildi. İdman ongünlüyündə yarışlar təşkil olundu və X siniflər arasında “Qol güləşi” keçirildi. Qalib komanda X “c” sinfi oldu.
Həftə sonu şagirdlər arasında “Mübariz” iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq mövzusunda yazı işi insan həyatında idmanın rolu və idmanla məşğul olmanın faydaları mövzusunda təqdimat müsabiqələri təşkil olundu. Bununlada şagirdlərin idman üzrə maraq dairələri və düşüncələri bəlli oldu. İdman həftəsində fərqlənən şagirdlər Fəxri fərmanla təltif olundu.