Xocalı soyqırımının 33-cü ildönümü

Fevralın 27-də məktəbimizdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Xocalı faciəsi dünya tarixinə qanla yazılmış bir səhifədir. Soyqırım beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmalıdır. Xocalı faciəsi bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da bu faciəni xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edirlər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
VIII sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılar ifa etdilər, videoçarx nümayiş olundu.