Şəhid Seyfulla Məmmədovun 60 illiyi.

Fevralın 20-i məktəbimizin adını daşıyan şəhid Seyfulla Məmmədov Yadulla oğlunun  60-cı il dönümünə həsr olunduğu anım tədbiri keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, digər şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları, qəsəbənin rəsmi nümayəndələri, qəsəbə sakinləri, məktəbin müəllim və şagird kollektivi iştirak edirid. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz ruhu 1 dəqiqəlik sükutla yad edildi. Anım mərasimində şəhid Məmmədov Seyfulla Yadulla oğlunun keçdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verildi. Onun vətən uğrunda göstərdiyi igidliklər haqqında danışıldı. Döyüş yoldaşları xatirələrini bölüşdü. Məktəbin şagirdləri şəhidin həyat və döyüş yolunu əks etdirən video-çarx nümayiş etdirdilər. Tədbirin bədii hissəsində məktəb şagirdləri vətənpərvərlik ruhunda şeirlər söylədilər, mahnılar ifa etdilər və müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirin iştirakçıları şəhidin qəhrəmanlığına bir daha şahid oldu və onun adının daim uca tutacağını bildirdilər. Sonda məktəb kollektivi şəhidin ailəsinə xüsusi bir hədiyyə təqdim etdi. Məktəb şagirdlərin təşəbbüsü ilə toxunmuş xalça şəhid Məmmədov Seyfulla Yadulla oğlunun həyat yoldaşına hədiyyə edildi. Bu simvolik hədiyyə şəhidin xatirəsinin daim qəlblərdə yaşayacağını bir daha vurğuladı. Tədbir iştirakçıları vətən uğrunda canından keçən igidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin gələcək nəsillərə ötürüləcəyini bildirdilər. Məktəb rəhbərliyi və qəsəbənin rəsmi nümayəndələri belə tədbirlərin gənc nəsilin vətənpərvər ruhda yetişdirilməsində mühüm rol oynadığını vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi