20 Yanvar faciəsi

1990 –cı ilin 20 yanvarı Azərbaycanın müstəqillik və azadlıq uğrunda mübarizəsində qəhrəmanlıq və faciə dolu bir tarix kimi yaddaşlara həkk olunub.
Bu qanlı hadisədən 35 il ötür. 20 Yanvar günü şəhidlərin əziz xatirəsi hər il Ümumxalq Hüzn Günü kimi anılır.
Hər il olduğu kimi bu ildə məktəbimizdə 20 yanvar şəhidləri yad edildi. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
VI sinif şagirdlərinin ifasında şeir, mahnı, bədii kompazisiya ilə çıxış etdilər. Tədbirdə 20 yanvar şəhidləri haqqında slayd nümayiş olundu.