Polis əməkdaşlarının şagirdlərlə marifləndirici görüşü

Bu gün məktəbimizdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi, polis palkovnik – leytenant Eldəniz Kazımov, Qaradağ Rayon Polis İdarəsinin YYÇPİTB – nin rəisi, polis kapitanı Cavid Amanov və YYÇİ – nin inspektoru polis mayoru Anar Xalıqverdiyevin iştirakı ilə IX – XI sinif şagirdləri ilə gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirildi.
Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi – social baza haqqında geniş məlumat verildi.
Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verildi.