Naxçıvanın 100 illiyinə həsr olunmuş kulinariya

Bu gün məktəbimizin Texnalogiya müəllimi Fatimə müəllimin rəhbərliyi ilə IX sinif şagirdləri arasında Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş kulinariya yarışı təşkil olundu.
Tədbirin keçirilməsində məqsəd Naxçıvan mətbəxini şagirdlərə tanıtmaq və onların bu sahə üzrə bacarıqlarını inkişaf etdirmək idi. Yarışda şagirdlər Naxçıvan çöçəsi hazırladılar. Tədbirdə iştirak edən müəllimlər şagirdlərin bacarıqlarını qiymətləndirdilər və tövsiyələrini verdilər.
Tədbirin ərsəyə gəlməsində məktəbin coğrafiya müəllimi Dürdanə müəllimdə yaxından iştirak etdi. Sonda iştirak etmiş şagirdlər təşəkkürnamə, qalib komanda isə sertifikatlarla təltif olundu.