Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə məktəbimizdə dəyirmi masa keçirildi. IX “c” sinif şagirdləri məktəbin kitabxanasında Naxçıvanın geosiyası mövqeyi, Naxçıvanın tarixi, Naxçıvan Muxtar Respublikasının yaranması haqqında çıxış etdilər.
Kitabxanada Naxçıvan haqqında kitablarla tanış oldular. Fuad Əliyevin və Mirabdulla Əliyevin “Naxçıvan xanlığı” kitabından maraqlı faktlarla tanış oldular. Naxçıvan Azərbaycanın ən qədim yaşayış məskəni olmuşdur. Naxçıvanın özünə məxsus ənənələri, tarixi, etimologiyası, mətbəxi vardır. İndiki nəsil tariximizə, adət ənənələrimizə, öyrənməli, qorumalı və sahib çıxmalıdır.