Ümummilli Lider Heydər Əliyevin anım günü

Bu gün müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu,  dünya  şöhrətli  siyası  xadim,  xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyevin  vəfatından  21 il  keçir. Bununla əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi. İlk öncə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlardan bəhs olundu.

Anım tədbirində Xudat İsrafilovun rəhbərlik etdiyi VIII “a” sinif şagirdləri Ulu Öndərə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi