Reproduktiv sağlamlığa dair tədbir

Noyabırın 29-da məktəbin akt zalında biologiya müəllimləri Ülkər Əliyeva və Rübabə Əsədovanın iştirakı ilə VIII siniflərdə Reproduktiv sağlamlığla bağlı olaraq verilən mövzulara uyğun Mən və mənim əhatəm, Gigiyena və düzgün qidalanma sağlamliğın əsasıdır mövzuları müzakirə olundu. Müəllimlər şagirdlərə əhatələrindəki insanları seçəndə diqqətli olmalarını, öz gigiyena qaydalarına düzgün əməl etmələrini tövsiyə etdilər. Həmçinin IX siniflərdə “Təhlükəsiz informasiya axtarışı”, ”Gəncliyin ilk baharı” mövzuları müzakirə olundu. Şadirdlərə etibarlı informasiya mənbələrindən istifadə etməyi bildirdilər. Və tövsiyələr verildi. Eyni zamanda 8b sinfində valideyn iclası keçirildi. İclasda bu mövzular haqqında valideynlər məlumatlandırıldı.