“Zəfərin mübarək, Vətən”

Məktəbimizdə "Zəfərin mübarək, Vətən” adlı bayram tədbiri keçirildi.
Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbir şagirdlərin ifasında qələbə əhval ruhiyəli səhnəciklərlə və musiqi nömrələrilə davam etdi.
Tədbirdə məktəbin direktoru Sərvinaz Hüseynova çıxış edərək tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik etdi.