Ekoloji mövzulu tədbir

Coğrafiya müəllimi Ramin Məmmədlinin təşkilatçılığı ilə VI siniflər arasında ekoloji mövzulu təqdimatlardan ibarət tədbir keçirildi. Bu tədbir şagirdlərin həm təqdimat bacarıqlarını inkişaf etdirmək, həm də ekologiya sahəsində biliklərini artırmaq məqsədi daşıyırdı. Tədbir boyunca şagirdlər ətraf mühit problemləri və onların həll yolları barədə müxtəlif mövzuları işıqlandıraraq sinif yoldaşlarına faydalı məlumatlar verdilər. Təqdimatlarda ekoloji şüurun artırılması, su resurslarının qorunması, tulantıların idarə olunması və ekosistemin qorunması kimi məsələlər əhatə olundu.