8 Mart Beynəlxalq Qadınlar bayramı

Bu gün məktəbimizdə "8 Mart Beynəlxalq Qadınlar Günü " münasibəti ilə tədbir keçirildi. Tədbiri Mürvətova Məlahət müəllim 4c sinfi ilə təşkil etmişdi. Tədbirdə ilk öncə məktəbin direktoru Orucova Şəfayət xanım qadın müəllimləri bayram münasibəti ilə təbrik etdi və xüsusi hazırlanmış hədiyyələri onlara təqdim etdi. Sonra tədbirdə 4c sinfi hazırladığı bayram mahnıları oxundular, rəqslər nümayiş etdilər. Analara aid şeyirlər oxundu. Şagirdlərin sevincinin həddi-hüdudu yox idi. Tədbirdən müəllimlər yüksək əhval-ruhiyyə ilə ayrıldılar.