Qarabağa ekskursiya

Bildiyimiz kimi 1991- ci il oktyabrın 18-i “Dövlət müstəqilliyi haqqında” qərar qəbul olundu. Belə ki 18 oktyabr “Müstəqilliyin bərpası” günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizin Fuad Məmmədovun adını  8 “a” sinfi – sinif rəhbəri Xudat İsrafilovla doğma Qarabağmızda olmuşlar. Onlar Cıdır düzü, İsa bulağı, Qarabağ Universiteti, Şuşa qalası və bir çox yerləri gəzib, Vətən torpağı üzərində şəhidlərimizin qanı axıdılan müqəddəs yerləri ziyarət etmişlər. Şagirdlərimiz Şuşanın giriş qapısında əsl bayram tədbiri keçirmişlər. Şəhidlərimizə həsr olunmuş şeirlər söyləmiş, Müstəqilliyimizi, bayrağımızı əks etdirən mahnılar səsləndirmişlər.

Müstəqillik gününü məhz Qarabağda – Şuşada qeyd etmək özü bir qürur vericidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi