Bakı Beynalxalq Kitab Sərgisi

Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynalxalq Kitab Sərgisi təşkil olunmuşdur. Bakı Beynalxalq Kitab Sərgisində iştirak həm təhsilalanlar, həm də təhsilverənlər üçün faydalı öyrənmə, ünsiyyət və şəbəkələşmə imkanıdır.
Məktəbimizin 8 “c” və 11 “c” sinifi, sinif rəhbəri Xanıgül Rəhimova və Afaq Qarayevanın təşkilatçılğı ilə sərgidə iştirak etdilər. Sərgidə şagirdlər Azərbaycan və dünya ədəbiyyatına dair klassik və çağdaş nümunələrlə yaxından tanış olub, maraqlı təqdimatlarla çıxış edib, Azərbaycan yazıçıları ilə görüşüb onların kitablarını öz imzaları ilə əldə etdilər. Sonra onlar Fəxri xiyabanda Şəhidlərimizin məzarını ziyarət etdilər.