5 Oktyabr Beynəlxalq Müəllimlər Günü

"5 Oktyabr Beynəlxalq Müəllimlər Günü" həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

 

     Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”

Məktəbin akt zalında müəllimlər gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsilə başladı. Uşaqlar müəllimə həsr olunmuş şeir, mahnı və rəqslər ifa etdilər. Sonda məktəbin direktoru Sərvinaz müəllim müəllimləri təbrik edib onlara can sağlığı və işlərində uğurlar arzu etdi və xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi