Məktəbəhazırlıq qruplarında ilk dərs günü

Oktyabırın biri məktəbimizdə məktəbəhazırlıq qruplarında dərslərə start verildi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Balaca fidanları məktəbin direktoru Sərvinaz Hüseynova təbrik edib Vətənə, dövlətimizə layiqli vətəndaş olmağı dilədi.
Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.