Bilik günü

Məktəbimizdə 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq "Bilik günü" tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başladı. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olundu.

Daha sonra məktəbimizin direktoru Sərvinaz Hüseynova çıxış edərək şagirdləri ilk dərs günü münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzuladı.

Tədbirdə qonaqlar çıxış edərək, məktəb kollektivini və birinciləri təbrik etdilər.

Tədbirdə birincilər  bilik gününə həsr olunmuş şeirlər söylədilər, rəqs nümunələri təqdim etdilər.

Sonda yeni dərs ilinin ilk zəngi çalındı. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi