Son Zəng

Bu gün ölkəmizin hər yerində olduğu kimi bizim məktəbdə də " Son Zəng" tədbiri keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbimizin direktoru Sərvinaz Hüseynova iştirakçıları salamladı, məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik etdi , onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşı olmağı , aldıqları bilik və bacarıqları sayəsində nailiyyətlərini daha da inkişaf etdirməyi arzuladı.
Tədbirdə çıxış edən müəllimlər və valideynlər məzunları " Son Zəng " Günü münasibətilə təbrik etdi, ali məktəbə gedən yolda, gələcək həyatlarında onlara bol- bol nailiyyətlər arzuladılar.
Onbirincilər tədbirdə bir- birindən maraqlı olan rəqsləri , eləcə də mahnı çələnginin böyük coşqu ilə ifaları tədbir iştirakçılarının zövqünü oxşadı.
Sonda ənənəvi olaraq Xl siniflər estafeti birinci sinif şagirdlərinə verdilər. Birincilər böyük sevgi ilə " Son Zəngi " çaldılar.