“Yaşıl dünya naminə həmrəylik ili”

2024 –ci ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı məktəbimizdə tədbirlər keçirilir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlər təbliğ edilir. 8 “b” sinif şagirdləri “Ədəbiyyatda ətraf mühit haqqında “mövzusunda təqdimat hazırladılar. Nizami Gəncəvinin “Yeddi gözəl” və “ Firidunla ceyran” poemalarında təbiət mövzusu haqqında, Hüseyin Arif əsərlərində ətraf mühit və təbiət haqqında çıxışlar etdilər. Humay, Aygün, Nuray, Səbinə, Nərmin, Bahar, Fidan maraqlı təqdimat təqdim etdilər.