Pedaqoji şura

Mayın 31 – i akt zalında məktəbin pedaqoji heyəti ilə birgə Pedaqoji Şura təşkil edildi. Pedaqoji Şurada bir sıra məsələlər müzakirə edildi. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il № KQ-07 qərarı müzakirə edildi. Qərarda öz əksini tapmış təhsilverənlərin xidməti davranışında korrupsiya hallarına imkan verməmələri, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirmələri, təhsilverənin xidməti vəzifəsini qərəzsiz icra etməsi, heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və.s. tələb və ya qəbul etməməsi təhsilverənlərin-pedaqoji heyətin nəzərinə çatdırıldı. Müəllimin şərəf və ləyaqətini alçaldan ,məktəbin cəmiyyətdəki nüfuzuna xələl gətirən,dövlət əmlakından şəxsi maraqları üçün istifadə edən, xidməti vəzifələrinin icrası zamanı hər hansı nöqsanlara yol verənlər intizam məsuliyyətinə cəlb edilmələri barədə məlumat iclas iştirakçılarına bildirildi.

          Müəllim adını daşıyan bütün təhsilverənlər özünün bilik və bacarıqları,əldə etdiyi nailiyyətlərlə, davamlı peşəkar inkişafı ilə Azərbaycan Təhsilinə töhfələr verməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi