Coğrafiya sərgisi

Mayın 23-ü ölkəmizdə ilk dəfə “I Coğrafiya sərgisi” həyata keçirildi. Layihənin təşəbbüskarı məktəbimizin coğrafiya müəllimi Ramin Məmmədlidir. Tədbiri giriş sözü ilə açan Ramin müəllim tədbirə bir neçə ay müddətində şagirdlərlə bərabər hazırlıq görüldüyünü və sərgidə 30-dan artıq müxtəlif coğrafi mövzulu əl işinin sərgiləndiyini vurğuladı. Məktəbin direktoru Sərvinaz Hüseynova tədbirin unikallığını və məktəbimizdə keçirilməsinin önəmli bir hadisə olduğunu diqqətə çatdırdı. Sərginin xüsusi qonaqlarından olan ATİAHI Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva da sərgi ilə tanış oldu. Tədbirin sonunda bütün şagirdlərə əl işlərinə görə sertifikat verildi, ən yaxşı üç maketin sahibi isə xüsusi hədiyyəyə layiq görülmüşlər. Tədbirin davamında qonaqlar sərgi ilə tanış oldular.