Ulu öndərə həsr olunmuş tədbir

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ümummilli lider, Azərbaycanın qurucusu, siyasi xadim, mütəfəkkir Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Hər il olduğu kimi onun anadan olması münasibətilə yad etdik Uluöndəri. 5 “b” sinif şagirdləri və sinif rəhbəri Könül müəllim 101 illik münasibəti ilə tədbir hazırlamışdılar. Tədbirdə ona həsr olunmuş şeir və musiqilər ifa edildi. 2 “a” sinfi Heydər babanın nəvələriyik mahnısını ifa etdilər. 5 “a”, və 5 “b” şeirlərlə bərabər Heydər Əliyevin həyatı, fəaliyyəti, onun söylədiyi kəlamları səsləndirdilər.