Novruz şənliyi

Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala- qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Novruz bayramını dədə babalarımızdan gələn adətimiz, milli dəyərimizdir. Məktəbimizdə martın 19-u axır çərşənbə günü Novruz bayramı qeyd edildi. VIII “a” sinif şagirdləri adət ənənələrimizdən, oyunlarımızdan danışdılar. Milli şirniyyatımız olan şəkərburanın bəzədilməsi müsabiqəsi keçirildi. Keçəl və kosa meydan məzəli oyun keçirdi və novruz mahnısı ifa edildi. Sonda tonqal qalanıb yallı getdi şagirdlər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi