Təhlükəsizliyin təminatı ilə bağlı Pedaqoji Şura iclası

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş təlimati məktuba əsasən   fevralın1 –də ümumi təhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə müəllim və valideyn komitəsinin üzvlərinin iştirakı ilə Pedaqoji Şura  iclası keçirildi. İclasda valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, ümumi təhsil müəssisəsində təhlükəsizliyi təmin etmək üçün nəzarətin gücləndirilməsi , şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi və digər məsələlər müzakirə edildi. Məktəbin direktor əvəzi Dürdanə Cəbrayılova pedaqoji heyəti və valideynləri daha da məsuliyyətli olmağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi