“Zərərli vərdişlərə birlikdə yox deyək”

Bu gün məktəbin akt zalında məktəbin biologiya müəllimi Ülkər Əliyeva tərəfindən VIII, IX, və X siniflərin iştirakı ilə “Zərərli vərdişlərə birlikdə yox deyək!” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları izah olundu. Həmçinin narkotik maddələrdən insan genofonduna vurduğu sağalmaz yaradan, gənc və yeniyetmələrdə  asıllıq yaratdığından, daxili orqanlarda ciddi xəstəliklər yaratdığı haqda ətraflı məlumat verildi. Eyni zamanda narkotik  vasitələrdən istifadə zamanı mənfi davranışın, cinayətkarlığın yoluxucu  xəstəliklərdən yaranması diqqətə çatdırıldı. Sonda videoçarxlar nümayiş olundu. Şagirdlərin sualları cavablandırıldı. Və belə tədbirlərin davamlı keçirilməsi şagirdlərə bildirildi.  

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi