Reproduktiv sağlamlığla bağlı valideynlərlə görüş

Məktəbin akt zalında VIII və IX sinif şagirdlərin valideynlərinin iştirakı ilə biologiya müəllimi Ülkər Əliyeva və coğrafiya müəllimi Dürdanə Cəbrayılova tərəfindən “Reproduktiv sağlamlıq” mövzusu üzrə iclas keçirildi. İclasda keçən il olduğu kimi bu ildə sinif saatlarında məktəbin VIII siniflərində

1. “Mən və mənim əhatəm”

2. “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır.

3. Zərərli vərdişlər: Siqaret çəkmək

4. Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya

5. Erkən nigahın fəsadları adlı məşğələlərə həsr olunacağdır. Eyni zamanda məktəbin IX siniflərində

1. “Təhlükəsiz informasiya axtarışı”

2. Gəncliyin ilk baharı

3. Reproduktiv sağlamlıq nədir?

4. Yeniyetmələrin sirləri mövzusunda məşğələlərin keçirilməsi nəzərdə tutulması vurğulandı. İclasda həmçinin valideynlərin övladlarında baş verən yeniyetməlik dövrünün böhranını necə qaşıladıqlarını, bu zaman yaranan münasibətlər, qarşılıqlı anlaşmalar, yeniyetmələrdə reproduktiv sağlamlıq, əks cinslər arasında dostluq və sevgi haqqında fikirlər müzakirə olundu.

Həmçinin cinsi zorakılıq, QİGS və cinsi yolla yoluxan infeksiyaların yoluxma yolları və qarşısını alma yolları müzakirə olundu. Videoçarx nümayiş olundu, suallar cavablandırıldı.   

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi