Şəhid Cavanşi Əhmədovun ad günü

        Məktəbimizin şəhid məzunu Cavanşir Xeyrulla oğlu Əhmədovun doğum günü qeyd olundu. Əvvəlcə dövlət himnimiz səsləndirildi. Sonra Qarabağ uğrunda, ərazi  bütövlüyü uğrunda canını fəda etmiş vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri şəhid Cavanşir Əhmədovun  sinif rəhbəri Şükürova  Zoya müəllim və XI “a” sinfi hazırlamışdı. Tədbirdə şəhidin ailəsi, yaxınları iştirak edirdi. Şəhidin ibtidai sinif müəllimi Minayə Hüseynova və şəhidin adını  daşıyan  2 “a” sinfidə rənggarəng çıxışları ilə tədbirdə  iiştirak edirdi. Sonda tədbir iştirakçıları  şəhidlər xiyabanına gedib, şəhid Cavanşiri və bütün şəhidləri ziyarət etdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi