18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

 Bu gün Azərbaycanda 18 oktyabır Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası  Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Müstəqilliyin bərpası günü məktəbimizdə də qeyd olundu. İlk öncə dövlət himnimiz səsləndi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 1 “c” sinif şağirdləri şeirləri ilə cıxış etdilər. 7 “a” sinif şagirdləri Millətim mahnısını ifa etdilər.  7 “b”,  7 “ç”  sinif şagirdləri “Xilaskarımız ol” şeirini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi