“Ekologiya və İqtisadiyyat aylığının sonu olaraq “Breyn-rinq” keçirildi

Yanvar ayının 26-sı məktəbimizdə "Ekologiya və İqtisadiyyat" aylığı ilə əlaqədar olaraq "Breyn-ring" keçirildi. Tədbiri məktədin coğrafiya müəllimi Cəbrayılova Dürdanə müəllim açaraq təşkil olunmuş tədbirin mahiyyəti barədə ətraflı tədbir iştirakçılarına məlumat verdi. "Breyn-ring"də 4 komanda iştirak etdi: Xəzər, Ekoloqlar, Qafqaz, Ekolab. Suallar ekologiya haqqında idi. Komandalara şagirdlərin ekoloji dünya görüşünü formalaşdıran, ekoloji savadını artıran suallar verilmişdi. Tədbirdə fəallığına görə fərqlənən şagirdlərə və qalib gəlmiş "Ekolab" komandasına diplom və təşəkkürnamələr verildi. Şagirdlərin cavablarını isə müəllimlərdən təşkil olunmuş münsiflər heyəti qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi