5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin  statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100­-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı  ulu öndər Heydər Əliyev  vermişdir.

Məktəbimizdə də bu tədbir qeyd olundu. Tədbir dövlət himni ilə başladı. 1 “b” sinif şagirdləri öz rəqsləri ilə müəllimləri təbrik etdi.  7”c” sinif şagirdləri Müəllim şeirini, 7 “a” sinfi isə arşın mal alan operasından rəqs ifa etdilər.

Sonda  Müəllim mahnısını ifa etdilər, şəhid müəllimlərə həsr edilmiş çıxış oldu. Və dünyadan köçən müəllimlərdə yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi